Dünya
Rusiya Ukrayna ordusunu “Qrad” və qaubitsalarla vurub
Antiterror güclərinin Luqansk vilayətinin Marinovka rayonundakı mövqeləri Rusiya ərazisindən “Qrad” və “Qvozdika” 2C1 özüyeriyən qaubitsalardan atəşə tutulub.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, hərbi ekspert Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.
“Gecə boyunca antiterror güclərinin Marinovka yaxınlığındakı mövqeləri əvvəlcə “Qrad” yaylım atəş sistemi, daha sonra isə minaatanlardan və 122 millimetrlik “Qvozdika” 2C1 özüyeriyən qaubitsadan atəşə tutulub. Antiterror gücləri cavab atəşini açıb. İtkilər barədə məlumatlar dəqiqləşdirilir”, - hərbi ekspert qeyd edib.
Xatırladaq ki, iki gün əvvəl Ukrayna prezidenti Petro Poroşenko Ukrayna ordusunun Rusiyanın müasir raket sistemlərinin atəşi altında olduğunu söyləyib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədr müavini Mixail Koval isə dünən antiterror gücləri Luqansk vilayətinin Zelenopole kəndi yaxınlığındakı mövqelərinin Rusiyanın “Tornado-Q” reaktiv atəş sisteminin atəşinə məruz qaldığını bildirib.
Zelenopole kəndi yaxınlığında “Tornado”dan atəş barəsində ilk dəfə 13 iyulda “İnter” telekanalının əməkdaşı Roman Boçkala bildirib. Onun sözlərinə görə, “Qrad” 20, “Tornado-Q” isə 90 kilometr məsafədən atəş aça bilir. “Bu isə o deməkdir ki, “Tornado” sistemlərindən Rusiya ərazisindən atəş açılır”, - telekanal əməkdaşı qeyd edib.
Ömər Dağlı
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı