Dünya
Bu bölgədə koronavirusa yoluxan bütün xəstələr sağaldı, yoluxma dayandı - FOTO
Atlantik okeanının şimalında Danimarkanın muxtar vilayəti olan Qrenlandiya adasında koronavirusa yoluxan bütün xəstələr sağalıb.
Publika.az xəbər verir ki, bu barədə adanın səlahiyyətli şəxsləri məlumat yayıb.
Bildirilib ki, 80 min insanın yaşadığı bölgədə sadəcə 770 nəfər test edilib və infeksiyaya yoluxan 11 nəfər aşkarlanıb. Onların hamısı müalicə edilib və sağalıb. Son 4 gündə infeksiyaya yeni yoluxma faktı aşkarlanmayıb.
Adanın tibbi baxımdan ən vəzifəli şəxsi olan Henrik Hansen bölgədə tətbiq olunan qadağaların tədbirli olmaq baxımından qüvvədə qalacağını bildirib.
Qeyd edək ki, bölgədəki qadağalar çərçivəsində 10-dan çox insanın bir məkanda toplaşmasına, Danimarka vətəndaşı olmayanların bölgəyə girişinə icazə verilmir. Ailədaxili münaqişələrin azaldılması ümidi ilə bəzi yerlərdə spirtli içkilərin satışı dayandırılıb. İctimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Zümrüd
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR












.jpg)
.jpg)


.jpg)






















