Dünya
İsraili "Həmas"ın raketlərindən 6 nəfər qoruyur (FOTO)
İsrail - Fələstin münaqişəsinin yenidən
alovlanması fonunda "Həmas"ın yəhudi yaşayış məntəqələrinə atdığı
raketlərin heç birinin hədəfə çatmadan məhv edilməsi hamının maraq
dairəsinə düşüb.
ANS PRESS-in məlumatına görə, İsrail "Həmas"ın
atdığı raketlərdən 6 əsgər vasitəsi ilə müdafiə olunur. Belə ki,
İsrail ordusunun göz bəbəyi sayılan "Dəmir Qübbə" müdafiə sistemi 6
nəfərlik heyət tərəfindən idarə olunur. 20 raket batareyasına sahib
sistem mobil olaraq istənilən yerə daşınaraq
qurulur.
Qəzzadan İsrailə atılan raketlər səbəbi ilə
tez-tez xatırlanan "Dəmir Qübbə" Amerika Birləşmiş Ştatlarının
(ABŞ) ayırdığı qrantlarla İsraildə hazırlanıb. ABŞ texnologiyası
əsasında hazırlanan "Dəmir Qübbə" qısa mənzilli raketlərə qarşı
effektli vasitə sayılır.
Qüds yaxınlığında bir təpədə quraşdırılan "Dəmir
Qübbə" "Həmas"ın bütün hücumlarının qarşısını
alır.
İsrail ordusunun arsenalında 9 belə müdafiə
sistemi var. İlin sonuna qədər İsrail bu rəqəmi 10-a çatdırmaq
istəyir.
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...