Dünya
Prezident bəyanat verdi
Malayziya təyyarəsini Ukrayna ordusu
vurmayıb.
ANS PRESS-in məlumatına görə, Ukrayna
prezidentinin mətbuat xidmətindən bildirilib ki, silahlı qüvvələr
hava hədəflərini məhv etmək üçün heç bir addım
atmayıb:
"Son günlər bu üçüncü faciəli hadisədir. Malayziya
təyyarəsinin vurulması da istisna deyil".
Petro Poroşenko faciədə həyatını itirənlərin
ailələrinə və yaxınlarına başsağlığı da verib:
"Biz bu faciəni törədənlərin məsuliyyətə cəlb
olunacağına əminik".
Ukrayna Daxili İşlər Nazirliyinin səlahiyyətlisi
Anton Qeraşenko sərnişin təyyarəsinin anti-raket sistemi ilə
vurulduğunu bildirib.
Bu arada "Donetsk Xalq Respublikası"nın baş nazir
köməkçisi Andrey Purgin açıqlama yayaraq bildirib ki, 10 min metr
yüksəklikdəki təyyarəni vurmaq imkanları yoxdur. Separatçı rejimin
başqa bir təmsilçisi Sergey Kavtaradze isə təyyarənin Ukrayna
ordusu tərəfindən vurulduğunu iddia edib.
Qeyd edək ki, Malayziya hava yollarına məxsus
sərnişin təyyarəsi Rusiya-Ukrayna sərhədində qəzaya uğrayıb.
Təyyarədə 280 sərnişin və 15 ekipaj üzvü olub. Boing 777 təyyarəsi
Amsterdamdan Kuala- Lumpura uçurmuş.
Son məlumatlara görə, təyyarə sərnişinlərinin heç
biri sağ qalmayıb. Havada partlayan təyyarənin sərnişinlərin
cəsədləri 1 kilometr radiusda olan əraziyə
səpələnib.
Təyyarənin qanadlarından biri tapılıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu