Dünya
Los-Anceles Geosiyasi Klubu: “Sərkisyan Dağlıq Qarabağı Azərbaycana verməklə…”
Los-Anceles Geosiyasi Klubu Ermənistanı gözləyən iqtisadi və siyasi təhlükələrlə bağlı bəyanat verib.
Publika.az-ın verdiyi xəbərə görə, bəyanatda iqtisadi təhlükənin Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması ilə bağlı olduğunu göstərir.
“Nə bahasına olursa-olsun, Ermənistan rəhbərliyinin Avrasiya İttifaqına daxil olmaq cəhdi ölkəni müstəqilliyin itirilməsi təhlükəsi ilə qarşı-qarşıya qoyub. Birincisi, Ermənistan praktik olaraq ittifaqa girişdən heç nə qazanmır, əksinə, bütün maraqlar üzrə güzəşt edir. Ona görə ki, Ermənistan ittifaqa üzv ölkələrlə ümumi sərhədlərə malik deyil. İqtisadiyyatda xaos başlanır. Gömrük Şurası Ermənistanın maraqlarına uyğun deyil və iqtisadiyyat tam müvəffəqiyyətsizliklə üzləşəcək”, - bəyanatda deyilir.
Los-Anceles Geosiyasi Klubu məsələnin siyasi tərəfinin daha çox təhlükəli olduğunu bildirir: “Avrasiya İttifaqında Ermənistanın üzvlüyünün ilkin şərti Rusiya sülhməramlıların Qarabağda yerləşdirilməsidir. Artıq bildirilib ki, Ermənistan indiki sərhədlərlə ittifaqa daxil olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə əsasən, bu təşkilatın sülhməramlıları yalnız üzv ölkələrin ərazisində yerləşdirilə bilər. Bu isə o deməkdir ki, Ermənistan ilə Dağlıq Qarabağ sərhədində Rusiya qoşunlarının yerləşdirilməsi prosesi başlayır. Və bu birmənalı olaraq Dağlıq Qarabağın itkisinə gətirib çıxaracaq”.
Bəyanatda qeyd olunub ki, son zamanlar Rusiya və Azərbaycan arasında danışıqlar fəallaşıb: “İlk mərhələdə üç rayonun - Ağdam, Füzuli və Cəbrayılın təslim edilməsi barədə iddialar səslənir. Serj Sarkisyanın bəyanatları da şübhələrimizi təsdiq edir. Sarkisyanın Dağlıq Qarabağı Azərbaycana verməklə Ermənistanı Avrasiya İttifaqına daxil etmək cəhdi Ermənistanın sonrakı mövcudluğunu təhlükə altına qoyur”.
Los-Anceles Geosiyasi Klubu Ermənistan təhlükəli oyuna daxil olduğunu qeyd edib: “Ermənistan qonşularla münasibətləri korlayırıq. İran və Gürcüstan bu prosesə qarşı çıxır. İran Ermənistan ərazisi ilə kommunikasiyaları qurmaq, qazını Avropaya İran-Ermənistan qaz kəmərindən istifadə etməklə ixrac etmək istəyərdi. Bu, Ermənistan üçün də son dərəcə sərfəli ola bilərdi. Regionda Rusiya qoşunlarının yerləşdirilməsi buna imkan verməyəcək. Rusiya sülhməramlılarının müdaxiləsi Dağlıq Qarabağın Azərbaycana qayıdışı üçün qapıları açır”.
Ömər Dağlı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ