“Ukrayna qırıcıları 2001-ci ildə də səhvən TU-154 təyyarəsini vurmuşdu”
Bizi izləyin

Dünya

“Ukrayna qırıcıları 2001-ci ildə də səhvən TU-154 təyyarəsini vurmuşdu”

Rusiya mətbuatı iddia edir ki, Amsterdam-Kuala-Lumpur reysi ilə uçan Malayziya təyyarəsini Ukrayna Hərbi Hava Qüvvələrinin qırıcı təyyarəsi vurub.

Publika.az xəbər verir ki, hərbi mütəxəssis Viktor Litovkin də məsələni yerli mətbuatda şərh edib. O bildirib ki, kiminsə “Boing”in arxasınca uçan Ukrayna qırıcısını görməsi hələ heç nə demir. Dəqiq cavab üçün 2 qara yeşik tədqiq olunmalıdır”. Amma hər bir halda, ukraynalı hərbçilərin bilərəkdən öz ərazilərində mülki təyyarəni vurmalarına inanmıram. Bütün dünyanın önündə kim günahkar çıxmaq istəyər?

Lakin hərbçilərin “Boing”i səhvən vurmalarını istisna etmirəm. Belə hadisə artıq bir dəfə olub.

2001-ci ildə Feodosiya səmasında hərbi təlim keçən Ukrayna qırıcıları səhvən Təl-Əviv–Novosibirsk reysi ilə uçan TU-154 təyyarəsini vurub salmışdılar. Həmin vaxt 78 sərnişin həlak olmuşdu.

Bizə qarşı təxribat variantı da istisna deyil. Qırıcılar Malayziya təyyarəsini Ukrayna-Rusiya sərhədini keçən zaman vurmağı da planlaşdıra bilərdilər”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm