Luqanskda döyüş: 44 ölü
Bizi izləyin

Dünya

Luqanskda döyüş: 44 ölü

Ötən gün ərzində Luqanskda biri uşaq olmaqla 44 nəfər həlak olub.

ANS PRESS-in məlumatına görə, bu haqda Luqansk şəhər başçısının və şəhər sovetinin mətbuat xidməti xəbər verib.

Bu vaxt ərzində həmçinin 215 insan zərər çəkib. Zərərçəkənlər arasında dörd uşağın da olduğu deyilir.

Qeyd edilir ki, iyulun 17-də Luqanskda 195 şəxsi və 46 çox mənzilli ev dağıdılıb.

Həmçinin 12 uşaq bağçası, 3 məktəb, 5 zavod və 18 mağaza zədələnib.

Rusiaya mətbuatı Ukrayna hərbçiləri tərəfindən piyada keçidinin atəşi tutulması zamanı Luqanskda 8 nəfərin həlak olduğunu qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm