Dünya
Fransa portalı Azərbaycan musiqisindən yazıb
Dünyanın klassik musiqi və rəqslərdən bəhs edən
Fransanın “resmusica.com “ internet resursunda bu il məşhur Jura
dağlarının qoynunda yerləşən Franş-Komte regionunun Syam qəsrində
keçirilən Syam musiqi festivalının bütünlükdə Azərbaycan musiqisinə
həsr olunması barədə məqalə yerləşdirilib.
Publika.az-ın məlumatına görə, müəllif Elizabet Şneter “Pyer Tilloy
Syamı valeh edən Azərbaycan musiqisini təbliğ edir“ sərlövhəli
məqaləsində “Syam musiqi festivalı“ layihəsinin dəfələrlə ölkəmizə
səfər edən və Azərbaycanın zəngin musiqisi ilə yaxından tanış olan,
“Xocalı 613“ əsərinin müəllifi, Fransa bəstəkarı Pyer Tilloyun
təşəbbüsü, Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı
səfirliyinin dəstəyi sayəsində təşkil olunduğunu diqqətə çatdırır.
İyulun 4-dən 11-dək davam edən və bütünlükdə Azərbaycan musiqisinə
həsr edilən festivalda 17 xalqın nümayəndələrinin təmsil olunduğu,
29 konsertdə 50 bəstəkarın 69 əsərinin səsləndiyi bildirilir.
Ayrı-ayrı konsert proqramlarından söhbət açan müəllif onlardan
birinin Azərbaycan bəstəkarlarına xüsusi təsiri olmuş, Qara
Qarayevin müəllimi Dmitri Şostakoviçə həsr edildiyini və konsertin
müvəffəqiyyətlə keçdiyini xüsusi vurğulayır.
Azərbaycan bəstəkarlarının əsərlərinin fransız musiqisevərləri
tərəfindən böyük maraqla qarşılandığı qeyd olunan məqalədə fransız
skripkaçısı Stefan Rujyenin Xəyyam Mirzəzadənin əsərini məharətlə
ifa etdiyi bildirilir. Yazıda, həmçinin Greta Komurun müraciət
etdiyi Əşrəf Abbasovun əsərlərini özünəməxsus tərzdə səsləndirdiyi,
Stefan Rujyenin (skripka) istedadlı gənc azərbaycanlı pianoçu Murad
Hüseynov ilə birlikdə bir çox Azərbaycan və Avropa bəstəkarlarının
klassik əsərlərini ifa etdikləri qeyd olunur.
Məqalədə qədim tarixi adət-ənənələrə və zəngin musiqiyə malik
Azərbaycanda çoxlu sayda istedadalrın yetişdiyi, onların beynəlxlaq
musiqi festivallarında uğurla çıxış etdikləri və yüksək mükafata
layiq görüldükləri bildirilir.
Yazıda, həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xalqımızın mədəni
dəyərlərini fransızlara yaxından tanıtmaq istiqamətində fəaliyyəti
yüksək qiymətləndirilir. Fondun Fransada keçirdiyi tədbirlərdən
bəhs edilir.
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı