Dünya
Malayziya təyyarəsi ilə bağlı Rusiya yeni faktlar açıqladı - VİDEO
Rusiya Müdafiə Nazirliyində Malayziya aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı mətbuat konfransı keçirilir.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin sözçüsü Andrey Kartapalov və Rusiya Hərbi Hava Qüvvələrinin baş qərargah rəisi Makuşev laynerin qəzaya uğraması ilə bağlı yeni faktlar açıqlayıblar.
Bildirilib ki, Boing-777 qəzaya uğrayarkən onu Ukraynanın SU-25 qırıcı təyyarəsi müşayiət edib. Bu zaman onların arasındakı məsafə 5 kilometr olub. Bu məsafədən isə SU-25 qırıcılarındakı “hava-hava” tipli raketlərlə mülki təyyarəni vurmaq mümkün idi.
Kartapalov jurnalistlərə: “Niyə hərbi qırıcı mülkü avialaynerlə eyni hava dəhlizində olub” sualı ilə müraciət edib.
Həmçinin Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukraynanın 4 “Buk-M1” zenit-raket divizionu var. Hadisə günü həmin komplekslərin yerdəyişməsi qeydə alınıb.
Kartapalov bildirib ki, Luqansk özünümüdafiə dəstələrində belə bir silah yoxdur. Rusiya onlara heç bir silah verməyib.
Konfransda həmçinin ABŞ nümayəndələrinin bəyanatına da toxunulub: ”ABŞ iddia edir ki, hərbi peyk özünümüdafiə dəstələrinin Malayziya təyyarəsinə raket atdığı anı çəkiblər. Əgər belə fotolar varsa, qoy Amerika tərəfi bu şəkilləri dünya ictimaiyyətinə təqdim etsin. ABŞ peykinin qəza anında Ukrayna səmasını çəkməsi təsadüfdür, ya yox, onu da bilmirik”.
İlqar
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”