Dünya
Obamadan Putinə sərt xəbərdarlıq: “Onlara görə sən məsuliyyət daşıyırsan”
“Putin Rusiya Federasiyasının vətəndaşı olan separatçılar üçün məsuliyyət daşıyır”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama Ağ Evdə çıxışı zamanı Ukrayna səmasında vurulan Malayziya təyyarəsi haqda danışarkən deyib.
Onun sözlərinə görə, təyyarə separatçıların idarəçiliyində olan
ərazidən vurulub: “Artıq 4 gün keçib və hazırda bütün səylər həlak
olanların tapılması istiqamətində davam edir. Biz əmin olmalıyıq
ki, həqiqət ortaya çıxacaq və günahkarlar cəzasını alacaq. Mən
beynəlxalq müstəntiqlərdən ibarət ekspertlər qrupunu hadisə yerinə
göndərmişəm, digər ölkələrdən də ekspertlər gəlib. Onlara qəza
yerinə maneəsiz giriş lazımdır. Ukrayna prezidenti qəza yerinin
təhlükəsizliyini təmin etmək istiqamətində addımlar atdı, amma
təəssüf ki, Rusiyanın dəstəklədiyi separatçılar araşdırmanı
bloklamağa çalışır. Sual yaranır, onlar nəyi gizlətməyə
çalışır?”
ABŞ prezidenti qeyd edib ki, Rusiya separatçıların üzərində təsirə
malikdir.
“Rusiya onlara ilham verdi, öyrətdi və silahlandırdı. Həmçinin onlara hava hücumundan müdafiə vasitələri verib. Separatçıların lideri Rusiya vətəndaşıdır. Rusiya və xüsusilə prezident Putin onlara görə məsuliyyət daşıyır”, -deyə Obama bildirib.
Ağ Ev rəhbəri Putini Ukraynanın suverenliyinə müdaxiləni dayandırmağa da çağırıb.
Asif
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi