Dünya
ABŞ BMT-nin İsrail qərarına qarşı çıxdı
ABŞ Xarici işlər nazirliyi sözcüsü Marya Harf, Birləşmiş
Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının, İsrailin
hücumlarında yaşanan insan haqqları və humanitar hüquq
pozuntularını araşdırmaq üçün müstəqil beynəlxalq araşdırma
komissiyası yaradılması qərarını "tək tərəfli" olaraq
qiymətləndirib.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın nə üçün belə bir araşdırma
komissiyasının yaradılmasının əleyhinə səs verdiyi sualını Harf:
"Tək tərəfli qərardır. İnsan Haqları Şurasının bu günki xüsusi
iclasına güclü şəkildə qarşı çıxırıq və çıxan qərarı, Şuranın
qərəzli şəkildə İsrailə qarşı hərəkətlərinin ardıcıllığının son
nümunəsi olaraq görürük. Burada kimsə Həmasın raketlərindən
danışmır. Heç kəs İsrailin xaricində burada başqa bir şeyi
araşdırmağıtəklif etmədi. Təkrar edirəm; tək tərəfli olduğu üçün
qərara qarşı çıxırıq"- deyə, cavablandırıb.
Jurnalistlərin ABŞ-ın qərara qarşı səs verən tək ölkə olduğunu
xatırlatmasına isə Harf Avropada 17 ölkənin də bitərəf səs
verdiyini bildirib.
Bundan əlavə Harf "Daha əvvəl də dəfələrlə təkrarladığımız kimi,
bunu açıq açıq söyləyirik; beynəlxalq ictimaiyyətdə tək qalsaq belə
İsraili müdafiə edəcəyik. Bunu bu gün gördünüz" deyib.
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc