Əfqanıstanda bombalı hücum: 13 nəfər öldü
Bizi izləyin

Dünya

Əfqanıstanda bombalı hücum: 13 nəfər öldü

Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində ardıcıl iki bombalı hücumda 13 mülki şəxs həyatını itirib, 3 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, vilayət qubernatorluğunun sözçüsü Bahir Əhmədi Qəndəharın Spin Buldak bölgəsində yol kənarındakı bombaların ərazidən mülki şəxsləri daşıyan iki maşının keçdiyi zaman ardıcıl olaraq partladıldığını bildirib.

Əhmədi, həyatını itirənlərdən 3-nün uşaq olduğunu deyib.

Hücuma görə məsuliyyəti hələ heç kim öz üzərinə götürməyib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm