Dünya
Putinin fransız həmkarının intim sirlərini öyrənmək cəhdi
Keçmiş KQB polkovniki Vladimir Putin Kremlə qayıdandan
sonra Avropaya, xüsusən də Fransaya hücuma başlayıb. Onun gizli
agentləri-saxta “diplomatlar”, psevdo-jurnalistlər, “qeyri-leqal”
kəşfiyyatçılar və gizli xəfiyyələrdir.
Bu sətirlər Fransanın “Le Nouvel Observateur” həftəliyinin Rusiya
kəşfiyyatçısının bu ölkədə fəaliyyətinə həsr olunmuş
məqaləsindəndir.
Həftəlik yazır ki, Rusiya kəşfiyyatçıları müəssisələrdə,
parlamentdə, hətta Yelisey sarayında mühüm adamları ələ almaq
cəhdləri göstərirlər.
Məqalədə prezident Fransua Olandın administrasiyasının işçisini ələ
alaraq onun vasitəsilə Fransa dövlət başçısının intim sirlərini
oğurlamağa çalışan rus kəşfiyyatçısından - Rusiya Silahlı
Qüvvələrinin Baş Qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU)
polkovnikindən bəhs edilir.
“Adam həddən artıq abırsız olub. Onu Fransua Olandın yaxınları
barədə intim xarakterli informasiyalar maraqlandırırdı. O,
prezidentin şəxsi həyatı, dostları və tanışları barədə suallar
verirdi” - deyə məqalədə QRU polkovniki barədə bildirilir.
Belə məlum olur ki, QRU polkovniki özünü diplomat kimi təqdim edib,
Hərbi-Hava Qüvvələrinin Rusiyanın Fransa səfirliyindəki attaşesinin
köməkçisi işlədiyini bildirib.
“Reallıqda isə polkovnik İlyuşin QRU-ya, Rusiya hərbi kəşfiyyatına
işləyir. O, Fransa dövlətinin başçısının işçilərindən birini ələ
ala bilib. İlyuşinin missiyası Fransa hakimiyyətinin düz ürəyinə
“göstəbək” yerləşdirməkdir” - deyə nəşr yazır.
Polkovnik İlyuşinin deşifrə edilməsi barədə ilk dəfə məlumat yayan
jurnal qeyd edir ki, Fransa əks-kəşfiyyatı onun izinə düşüb və
aylarla izləyib. 30 yaşlarında olan polkovnik yorulub əldən düşmüş
postsovet casusu deyil, o, alkoqolik də deyil. İlyuşin yeni nəsil
kəşfiyyat zabitidir. Kremlin sahibi Putin kimi soyuq və
effektivdir.
İlyuşin Parisdə durmadan işləyib. Onu səfirliyin kabinetlərində
görmək mümkün deyildi, İlyuşin Hərbi Akedemiyanın
kollokviumlarında, Silahlanma İnstitutunda və ya Strateji
Araşdırmalar Fondunda olurdu. Bu yerlərdə o, yüksək rütbəli
zabitlərin, hərbi mövzuda yazan jurnalistlərin və alimlərin
diqqətini özünə cəlb etmək cəhdləri göstərirdi.
“Və bütün bu cəhdlər onda yaxşı alınırdı” - məqalədə
bildirilir.
Polkovnik İlyuşin “obyekt”lə təmasa keçməzdən əvvəl onun ailəsi,
zövqləri və hətta zəif yerləri barədə məlumatlar toplayıb. Hər 15
gündən bir onları nahara dəvət edib. Belə görünür ki, “obyekti”
tez-tez nahara dəvət etmək Rusiya kəşfiyyatının ənənəvi
metodlarından biridir. Və nahar zamanı şərab masasının arxasında
İlyuşin həmsöhbətinə Rusiya ordusu, Moskva ilə Paris arasında hərbi
əlaqələr barədə informasiyalar verirdi.
İlyuşin əvəzində nəsə istəməyib. Əksinə, “obyektin” diqqətini cəlb
etmək üçün ona “Montblanc” firmasının qələmlərini və bahalı viski
hədiyyə edib.
Bütün bunlar keçmiş KQB-nin standart hədiyyələridir. Bu hədiyyələr
kompromat kimi istifadə etmək baxımından bahalıdır, lakin
korrupsiyaya dair dəlilə çevrilmək üçün kifayət qədər bahalı deyil.
İlyuşinə isə reaksiya maraqlı idi. Əgər “obyekt” bu kiçik
hədiyyələri qəbul edirsə, deməli, “verbovka”ya keçmək olar.
Növbəti mərhələdə İlyuşin “obyektdən” əvvəlcə ziyansız, zamanla isə
daha ciddi informasiyalar istəməyə başladı. O, Moskvada gizlədilmiş
dezinformasiyalardan ibarət həcmcə böyük olmayan məqalələr təklif
edib. Əvəzində daha sanballı hədiyyə təklif edib, məsələn, bütün
ailə üzvləri ilə birlikdə dəbdəbəli kurortda istirahət.
Əgər “obyekt” bu hədiyyəni qəbul etdisə, deməli, o, casus dünyasına
daxil olmağa razıdır. O zaman İlyuşin artıq “agentlə iş”
mərhələsinə keçirdi...
Fransa jurnalında polkovnik İlyuşin barədə yer alan əhvalat Rusiya
kəşfiyyatının bu ölkədəki işi baxımından ancaq aysberqin görünən
tərəfidir. Avropa, xüsusən də Fransa Rusiya casusları ilə doludur.
Onlar getdikcə artır və aqressivləşirlər. Onlar “soyuq müharibə”
dövründə olduğundan iki dəfə artıq fəaldır.
Onları hər şey maraqlandırır - yüksək hakimiyyət eşelonunda
əhval-ruhiyyə, siyasi partiyalardakı vəziyyət, NATO, BMT, Avropa
İttifaqı...
Məqalədə deyilir: “Onlar sənaye casusluğu ilə də məşğul olurlar.
Ukrayna böhranı ilə bağlı rusların fəallığı daha da artıb. Bu
nədir, “soyuq müharibə” dövrünə nostalgiya? Əlbəttə, yox. Moskvada
mühüm deputat və keçmiş KQB əməkdaşı həftəliyə bildirib ki, Kreml
Fransa əks-kəşfiyyatından ehtiyat edir. Mənbə deyir ki, gərginlik
dövründə kəşfiyyatın rolu artır. Məhz buna görə də Qərb Putinin
yaxın çevrəsinə öz casuslarını yerləşdirməyə can atır.
“Ona görə də bizim kəşfiyyatçılar sizdə mühüm adamları ələ almaqla
məşğuldur. Onlara yeni informasiya mənbələri lazımdır” - deyə
keçmiş KQB-çi bildirib”.
Fransa əks-kəşfiyyatı ilk növbədə diplomatik korpusu xəbərdar edib.
Bildirilib ki, əgər sizi Rusiya səfirliyindən kimsə nahara dəvət
edirsə, bu barədə öz rəisinizi xəbərdar edin və onun razılığı
olmadan növbəti görüşə razılıq verməyin. Jurnal qeyd edir ki, bu,
əks-kəşfiyyatın əsas qaydalarından biridir.
“Le Nouvel Observateur” yazır ki, hazırda Fransada 50-dən çox
Rusiya casusu işləyir. Onlar diplomatik pərdə altında səfirlikdə və
ya Rusiya konsulluqlarında fəaliyyət göstərirlər. Agentlərdən 40-ı
Xarici Kəşfiyyat Xidmətinə işləyir. Onların Parisdəki rəisi, yaxud
kəşfiyyat jarqonunda rezidenti Rusiya səfirliyində 3-cü, yaxud 4-cü
müşavirdir.
Qalan 10 casus isə QRU-ya işləyir. Onların əsl rəisi adədən
İTAR-TASS agentliyinin “jurnalisti” , yaxud hərbi-dəniz
attaşesidir. Qalanları isə Federal Təhlükəsizlik Xidmətinin
əməkdaşlarıdır.
Lakin bunlar hələ hamısı deyil. “Soyuq müharibə” dövründə olduğu
kimi “qeyri-leqal” casuslar da çoxdur. Onlar diplomatik
toxunulmazlığa malik deyillər. Belələri Xarici Kəşfiyyat Xidmətində
“S” idarəsinə tabedirlər. “Qeyri-leqallar” bir qayda olaraq Moskva
ali kəşfiyyat məktəbinin yetirmələridir. Onlar Fransaya üçüncü
ölkələrdən daxil olurlar və həmişə saxta sənədlərdən istifadə
edirlər.
“Qeyri-leqalların” gizli fəaliyyətini Fransada diplomatik
immunitetə malik olan kəşfiyyatçılar kurasiya edir. Fransa
əks-kəşfiyyatının məlumatına görə, hazırda ölkədə 10-20 arasında
“qeyri-leqal” rus kəşfiyyatçısı var.
Rusiya kəşfiyyatı təkcə Fransada fəal deyil. Onlar Almaniya
hakimiyyətinin yüksək eşelonlarına sızmağa, Böyük Britaniyada mühüm
informasiya mənbələri əldə etməyə çalışırlar. Həmçinin Belçikada
Rusiya kəşfiyyatı olduqca fəaldır və Brüsseldə yerləşən Avropa
institutlarına sızıblar.
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO