Dünya
Babək prospektində 3 avtomaşın toqquşub
Gecə paytaxtın Nizami rayonu Babək prospektində
yol-nəqliyyat hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, qəza zamanı üzü şəhər istiqamətində
hərəkət edən İbrahim Kərimovun idarə etdiyi "Mercedes" markalı
avtomaşın əvvəlcə qarşıda hərəkətdə olan eyni markalı nəqliyyat
vasitəsinə çırpılıb. Bundan sonra isə avtomaşın qarşı yola keçib.
Bu zaman əks istiqamətlə hərəkət edən Mehman İsmayılovun idarə
etdiyi avtobusla toqquşub. Qəza zamanı avtobus qaraja getdiyindən
içərisində sərnişin yox imiş.
Hadisə zamanı maşınlarda sürücü və sərnişinlər arasında xəsarət
alan olmayıb.
Qəzadan sonra hadisə yerində Bakı Şəhər Dövlət Yol Polis Şöbəsinin
əməkdaşları tərəfindən araşdırma aparılıb. Sürücülər isə
izahatlarının alınması üçün idarəyə aparılıb.
Qəzanın səbəblərinə isə təyin ediləcək ekspertizaların rəyindən
sonra aydınlıq gətiriləcək.
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO