Dünya
Senator Ukraynaya hərbi yardım istədi
Amerikalı senator Karl Levin prezident Barak Obamadan Ukraynaya silah yardımı etməsini xahiş edib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, senator Ukraynaya veriləcək silahlar arasında “yer-hava” tipli raketlərin də olmasının vacibliyini dilə gətirib.
Xatırladaq ki, K.Levin sözügedən təkliflə bir neçə gün bundan əvvəl çıxış etmiş, lakin B.Obamadan rədd cavabı almışdı. Senator mövzu ilə bağlı bu gün ikinci dəfə prezidentə müraciət etmək qərarına gəlib. Qeyd edək ki, Levin Senatın silahlı qüvvələr üzrə komitəsinin sədridir.
Amerika telekanalı CNN isə 29 iyulda Ukrayna ordusu tərəfindən ballistik raketlərdən istifadə edildiyini xəbər vermişdi. Məlumata görə, son iki gün ərzində separatçılara qarşı kiçik mənzilli bir neçə ballistik raketdən istifadə olunub.
“Luqansk Xalq Respublikası” da raket qəlpələrinin aşkar edildiyi barədə məlumat yayıb. Ukrayna hakimiyyəti isə sonuncu ballistik raketin 1996-cı ildə məhv edildiyini iddia edir.
Ömər Dağlı
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ