Dünya
Əsir düşən jurnalisti təhqir etdilər: “Hamınız rus donuzusuz”
“Bloomberg” agentliyinin jurnalisti Stepan Kravçenko yarım gün ukraynalıların “Dnepr” batalyonunda əsirlikdə olub. Onun əsirlikdəki reportajı dərhal sosial şəbəkələrin hitinə çevrilib: “İyulun 25-də Donetskdən Rusiyaya qayıdırdım. Ukraynalıların postundan keçəndə əsgərlər üst-başımı yoxladılar. Rus pasportunu və jurnalist vəsiqəsini görən kimi maşınlardan birinə oturtdular. Əşyalarımı təhvil verməyi əmr etdilər...
Hər şey telefonumda atama yazdığım SMS-i görəndən sonra dəyişdi. Atama yazmışdım ki, gecə Barodayla (qondarma Donetsk Xalq Respublikasının baş naziri – red.) danışmışam.
SMS-i oxuyan kamflyuajlı əsgər “Demək, Barodayın dostusan” deyib avtomatı qarnıma dirədi: “Hə, bax ha, şalvarını batırma”. Gözlərimi bağlayıb harasa apardılar....
Otluqda oturmuşdum. Gözlərim yenə də bağlı idi. Səslərdən belə ayırd elədim ki, kiçik hərbi düşərgədəyəm. Ətrafımda əsgərlər toplaşmışdı. Deyir-gülür, söyüş söyürdülər. Onlardan biri lap coşmuşdu: “Nə güllələyərdim səni. Hamınız rus donuzusunuz””.
Təxminən bir saatdan sonra döyüşçülər jurnalisti yenidən maşına mindiriblər. Deyirlər ki, separatçılar yaxın kəndlərin birində “Qrad” qurğusu yerləşdiriblər və əsgərlərə o qurğunu məhv etmək tapşırığı verilib: “Hə, jurnalist, sən də baxarsan, gör Ukrayna ordusu necə döyüşür”.
Jurnalist ukraynalı əsgərlərlə birgə həmin kəndə gəlir. Amma “Qrad” qurğusunu tapmırlar. Sən demə, kəşfiyyat səhv edib. “Qrad” kimi görünən şey, əslində, adi kombayn imiş.
Nəhayət, “Bloomberg” agentliyi işçisinin itkin düşməsindən narahat olur. Kiyevə edilən zənglərdən sonra jurnalist azad edilir.
İlqar Atabəyli
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...