Dünya
Səudiyyə Ərəbistanı Qətərlə sərhədlərini açır
Qətərlə Səudiyyə Ərəbistanı və digər ölkələr arasında əlaqələrin normallaşdırılmasına dair razılaşma çərşənbə axşamı (5 dekabr – Red) imzalanacaq.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ rəhbərliyindəki yüksək vəzifəli şəxsə istinadla məlumat verib.
Qeyd olunub ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir razılaşmaya qoşulacaq. Öz növbəsində, Doha bu ölkələrə qarşı iddialardan imtina edəcək.
5 yanvarda Ər-Riyadda Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası 41-ci Zirvə görüşü keçiriləcək. Budan əvvəl Şuraya daxil olan ölkələrin xarici işlər nazirləri Zirvə görüşünü bölgə ölkələri arasında rəsmi Doha ilə üç il yarımdan çoxdur davam edən münaqişəni həll etmək üçün fürsət kimi qiymətləndirdiklərini bildiriblər.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn 2017-ci ilin iyununda Qətəri "terrora dəstək verməkdə və bölgədə sabitliyi pozmağa yönəlmiş siyasət yürütməkdə" günahlandıraraq, 13 maddəlik tələb siyahısı hazırlamışdı. Ancaq Qətər həmin tələbləri rədd etdiyindən adıçəkilən ölkələr ona qarşı embarqo qoymuş və diplomatik əlaqələri kəsmişdi.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?