Dünya
Ərdoğan ən böyük arzusu və vəsiyyətini açıqladı
Türkiyədə prezident seçkilərinə bir həftə qala
prezidentliyə namizədlər ölkənin müxtəlif bölgələrində mitinqlərini
keçirməkdə davam edirlər.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə,
Ədalət və İnkişaf Partiyasından prezidentliyə namizəd, baş nazir
Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulun Maltəpə bələdiyyəsində
seçiiciləri ilə görüşüb.
Mitinqdə ən çox diqqət çəkən məqam prezidentliyə namizədin ən böyük
arzusu və vəziyyətini açıqlamasıdır.
“Təxmin edirəm ki, bu baş nazir olaraq İstanbulda keçirdiyim
bəlkə də son mitinq olacaq. Mən bu gün İstanbulla, sizlərlə
vidaıaşmıram. Allah qoysa, doğulduğum bu şəhərdə vəfat etmək, heç
olmasa bu şəhərdə dəfn edilmək mənim ən böyük arzum və ən böyük
vəsiyyətimdir”, - baş nazir deyib.
Xatırladaq ki, bir müddət əvvəl Cümhuriyyət Xalq Partiyasından
(CXP) olan millət vəkili İhsan Özkes baş nazir Rəcəb Tayyib
Ərdoğanın vəsiyyəti ilə bağlı iddialara aydınlıq gətirmək istəyib.
Millət vəkili suallarını baş nazirin köməkçisi Bülənt Arınca
ünvanlayıb. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın onun İstanbulun
Çamlıca Təpəsində inşa olunan məscidin həyətində dəfn edilməsi
barədə vəsiyyət etdiyi iddia edilir.
Millər vəkili İhsan Özkes Bülent Arınça aşağıdakı sualları
ünvanlamışdı:
1.Rəcəb Tayyip Ərdoğanın Çamlıca Təpəsindəki məscidin həyətində
dəfni ilə bağlı vəsiyyət etdiyi doğrudurmu?
2.İddialar doğrudursa, 57 min 511 kvadrat metrlik sahədə yerləşən
və xərci 100 milyon lirəni keçəcəyi bildirilən məscid Ərdoğanın
türbəsi üçünmü inşa olunur?
3.Bu günə qədər həyatını itirmiş keçmiş baş nazirlərdən neçəsinin
türbə şəklindəki məzarı məscidin həyətindədir?
CXP-li millət vəkilinin bu sualları isə cavabsız qalıb.
Ömər Dağlı
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”