Dünya
Afrika liderləri Vaşintona toplanır: ABŞ peşman olub
ABŞ paytaxtında Afrika liderlərinin sammitinin keçirilməsi bu qitədə Çinin artan təsirinə Vaşinqtonun cavab addımıdır.
Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri “The Guardian” qəzetinə açıqlamasında Vaşinqtondakı Afrika maraqlarının dəstək qrupunun rəhbəri Melvin Fut deyib.
O, qeyd edib ki, Çinin son illər Afrika qitəsində nüfuzunun xeyli yüksəlməsi ABŞ-ı narahat etməyə başlayıb. “Amerika Afrikadakı təsiri və hörmətini itirir. Mən Afrika ölkələrinə səfərlərimdə bu barədə tez-tez eşidirəm”, - M.Fut bildirib.
O, həmçinin əlavə edib ki, qitə ölkələrinə səfərlərində Çinin
maliyyəsi ilə inşa olunan böyük infrastruktur obyektlərini görüb.
Halbuki, ABŞ həmin obyektlərin tikintisini maliyyələşdirməkdən
vaxtilə imtina etmişdi.
“The Guardian” qəzeti Afrika regionunda Çinin artan təsirini qitə
ölkələrində çinli mütəxəssisləri daimi yaşaması və çalışması ilə
izah edir. Böyük Britaniya nəşri hesab edir ki, Obamanın
narahatlığı heç də əsassız deyil. Belə ki, ötən il Çin və Afrika
ölkələri arasında ticarət dövriyyəsi 200 milyard dollar təşkil
edib.
Pekin qitədən neft və faydalı qazıntılar idxal edir. Çinin
Afrikaya ixracatda əsas payı elektronika və geyim məhsulları tutur.
Qeyd edək ki, Vaşinqtonda Afrika liderlərinin sammiti avqustun
4-dən 6-dək keçiriləcək. Sammitdə biznes və ticarət məsələlərinin
müzakirə ediləcəyi planlaşdırılır.
Ömər Dağlı
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərin anım günü keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ