Dünya
Sülhməramlıların avtomobili partladıldı - ÖLƏN VAR
Malinin şimali-şərqində hücum nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) bir sülhməramlısı həlak olub, daha biri yaralanıb.
Publika.az NTV-yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Malidə sabitləşmə üzrə çoxprofilli kompleks missiyasının (MINUSMA) saytında bildirilib.
MINUSMA-nın məlumatına görə, missiyanın maddi-texniki təminat karvanındakı yanacaq çəni aparan avtomobilə qarşı partlayıcı qurğu ilə hücum həyata keçirilib.
“Partlayış nəticəsində iki sülhməramlı ağır yaralanıb. Onlardan biri, təəssüf ki, tibbi evakuasiya zamanı aldığı yaralardan dünyasını dəyişib", - deyə məlumatda qeyd olunur. Daha sonra partlayışın baş verdiyi yerin yaxınlığında daha bir partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





























