İndoneziyada qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”sunun siqnalı itdi - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

İndoneziyada qəzaya uğrayan təyyarənin ikinci “qara qutu”sunun siqnalı itdi - (YENİLƏNDİ)

İndoneziyada xilasedicilər Yava dənizində qəzaya uğramış “Boeing-737-500” sərnişin təyyarəsinin ikinci “qara qutu”sunun siqnallarını itiriblər.

Publika.az xəbər verir ki, bu barədə yanvarın 17-də İndoneziya Axtarış-Xilasetmə Milli Agentliyinin rəhbəri Bambanq Surio Aci məlumat verib.

“Bu gün biz əlimizdə olan avadanlıq vasitəsilə səsyazan qurğunun siqnallarını tuta bilmirik”, - deyə B.S.Aci bildirib. Qeyd edib ki, xilasedicilər bu ərəfədə qurğunun hissələrini aşkar etsələr də, orada əsas yaddaş elementi aşkar edilməyib. B.S.Aci əlavə edib ki, hazırda bütün əsas işlər xüsusi sualtı robotlar vasitəsilə aparılır.

Xəbər verdiyimiz kimi, mütəxəssislər dənizin dibindən çıxarılan və uçuşun parametrlərini özündə əks etdirən digər özüyazan qurğunun tərkibindəki məlumatları götürməyə müvəffəq olublar.

Xatırladaq ki, İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus “Boeing 737-500” təyyarəsi yanvarın 9-da Cakarta yaxınlığında Yava dənizinə düşüb. Onun göyərtəsində 56 sərnişin və 6 heyət üzvü olub. Rəsmi mənbələrin bildirdiyinə görə, təyyarənin göyərtəsində yalnız İndoneziya vətəndaşları olub.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

***

10:29

İndoneziyada baş verən zəlzələdə ölənlərin sayı 56 nəfərə yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentliyinin informasiya-kommunikasiya mərkəzinin rəhbəri Raditya Jati məlumat verib.

Bildirilib ki, ümumilikdə 826 nəfərin xəsarət aldığı yeraltı təkanların baş verdiyi ərazidə axtarış və xilasetmə işləri davam etdirilir.

***

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.

Publika.az xəbər verir ki, Bu barədə yerli “Tempo” nəşri İndoneziyanın təbii fəlakətlərin idarəetməsi agentliyinə istinadən xəbər verib.

Zəlzələ nəticəsində xəsarət alanların sayının isə 637 nəfər olduğu bildirilir.

Bildirilir ki, İndoneziyaya məxsus dörd böyük adadan biri olan Sulavesidə hazırda təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət tətbiq olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm