Günlük yoluxma 421 mini ötdü - ÜST
Bizi izləyin

Dünya

Günlük yoluxma 421 mini ötdü - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 421 mindən çox artıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 421 407 nəfər yeni koronavirusa yoluxub, 10 508 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 112 209 815, ölənlərin isə 2 490 776 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 27 955 338 nəfər. Siyahıda daha sonra Hindistan (11 046 914), Braziliya (10 257 875), Rusiya (4 212 100), Böyük Britaniya (4 144 581), Fransa (3 597 495), İspaniya (3 170 644), İtaliya (2 848 564), Türkiyə (2 665 194), Almaniya (2 414 687), Kolumbiya (2 233 589) və Argentina (2 080 824) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm