Dünya
BMT Fransanı 19 mülki şəxsin ölümündə İTTİHAM ETDİ
Fransanın Malidə hava hücumu zamanı 19 mülki sakinin ölümünə səbəb olduğu bildirilib.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin martın 30-da dərc edilmiş hesabatında yazılıb. BMT-nin Malidəki (Minusma) Missiyasının insan hüquqları bölməsinin hesabatında bildirilib ki, hava hücumu olan yerdə toy mərasiminə toplaşmış yüzlərlə mülki sakin arasında “Katiba Serma” qrupunun üzvü ehtimal olunan 5 nəfər silahlı olub. Hücuma məruz qalan toplumun əksəriyyəti mülki sakinlər olub. Mülki sakinlər beynəlxalq hümanitar hüquqla hücumdan müdafiə olunan kateqoriyadır. Toy mərasiminə hücum zamanı ən azında 22 mülki sakinin öldüyü diqqətə çatdırılıb.
Fransa Müdafiə Nazirliyi BMT-nin hesabatı işıq üzü görən kimi yazılanları təkzib edib. BMT-nin bu təhqiqatına çox saylı “qeydlər” yazılıb. Nazirlik açıqlamasında fransız silahlı qüvvələrinin yanvarın 3-də silahlı terror qrupunu hədəfə alan hava hücumu təşkil etdiyini israrla bildirib. Fransa dövləti qəbul edilmiş metodologiya ilə bağlı da bir sıra qeyd-şərtlərini ifadə edib.
Minusma öz növbəsində Mali və Fransaya müstəqil, etibarlı və şəffaf araşdırma aparmağı tövsiyyə edib. Həmçinin, hücumdan əvvəlki prosessi yaxından təhlil etməyi, fransızlara və malililərə məsuliyyəti müəyyən etməyə və qurbanlara, eləcə də onların yaxınlarına təzminat ödəməyi məsləhət görüb.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





























