“Xəzər Dənizi Canavarı” – Rusiyanın gizli silahı – FOTOLAR
Bizi izləyin

Dünya

“Xəzər Dənizi Canavarı” – Rusiyanın gizli silahı – FOTOLAR

Silahı ABŞ casus peykləri tapıb.

Publika.az xəbər verir ki, “Xəzər Dənizi Canavarı” Rusiya soyuq müharibə əsnasında yarıtəyyarə, yarıgəmi olaraq düzəltdikləri gizli bir hərbi layihənin kod adı idi. 1960-cı illərin əvvəllərinə ABŞ casus peykləri tərəfindən təsadüfən aşkarlananadək onun varlığından heç kimin xəbəri yox idi. Müəmma XX əsrin axırlarında məlum olub.

Əslində, “Xəzər Dənizi Canavarı” sovet lideri Nikita Xruşşovun yaxın dostu aerodinamika mütəxəssisi Rostislav Alekseyevin düzəltdiyi və “Ekranoplan” adlandırdığı yeni bir yük təyyarəsi idi. “Ekranoplan” dənizdən 15-20 metr yüksəklikdə uça, sürətlə hərəkət edə bilir və daha az yanacaq işlədirdi. Həmçinin gah havada, gah dənizdə olduğundan nə hava, nə də sualtı radarlardan yayına bilirdi.

Xatırladaq ki, “ekranoplan” (gizli təyyarə) su gəmisini təqlid edən təyyarələrə verilən addır.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm