Putin Baydenlə Lukaşenkoya qarşı sui-qəsd cəhdini MÜZAKİRƏ ETDİ
Bizi izləyin

Dünya

Putin Baydenlə Lukaşenkoya qarşı sui-qəsd cəhdini MÜZAKİRƏ ETDİ

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden telefon danışığı zamanı Belarusda dövlət çevriliş cəhdini müzakirə ediblər.

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu faktı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Putin amerikalı həmkarı ilə söhbət zamanı ABŞ xüsusi xidmət orqanları tərəfindən Belarus rəhbərinə qarşı sui-qəsd cəhdi məsələsini qaldırıb, lakin cavab gəlməyib.

Peskovla söhbət zamanı jurnalistlər ondan "Bu mövzunun doğrudan da Putinin Baydenlə söhbəti zamanı qaldırılmasını təsdiqləyə bilərsinizmi?" sualına "Bəli, edə bilərəm", – deyə cavablandırıb.

Qeyd edək ki, Lukaşenko 17 aprel tarixində özünün və övladlarının həyatına sui-qəsd hazırlayan bir qrup şəxsin həbs olunduğunu elan edib. Onun sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları burada iştirak edib. Belarus Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri İvan Tertelin dediyinə görə, qrup üzvlərinin Lukaşenko və ailə üzvlərini fiziki cəhətdən yox etmək, hakimiyyəti ələ keçirmək üçün silahlı bir üsyan təşkil etmək planı olub. Qrupa həm Belarus vətəndaşları, həm də xaricilər daxil idilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm