Dünya
Ötən həftə yoluxma sayı rekord həddə çatıb - ÜST
Ötən bir həftə ərzində dünya üzrə koronavirusa yoluxma halları rekord həddə çatıb.
Publika.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, ötən həftə yeni yoluxma hallarının sayı 5,2 milyon olub. Beynəlxalq qurumun baş direktoru Tedros Qebreyesus bildirib ki, artıq səkkiz həftədən bəri yoluxmaların, beş həftədən bəri isə ölüm hallarının sayı artmaqdadır.
Beynəlxalq ekspertlər artım statistikası ilə yanaşı infeksiyaya yoluxan və xəstəxanaya yerləşdirilən xəstələrin arasında 25-59 yaşlı şəxslərin sayının çoxalmasından narahatdırlar. Bu bir tərəfdən virusun daha yoluxucu mutasiyaları, digər tərəfdən isə bu yaş qrupundakı insanların daha çox sosial təmaslarda olması ilə izah olunur.
T. Qebreyesus həmçinin bildirib ki, pandemiya bir neçə ay içində nəzarət altına alına bilər. Bunun üçün isə ilk növbədə bütün mümkün tədbirlər qətiyyətlə həyata keçirilməli və bütün dünyanı əhatə etməlidir. Buraya əlləri təmiz yumaq kimi adi gigiyenik qaydalar, məsafə saxlanması və maskadan istifadə etməklə yanaşı vaksinasiya kampaniyasının genişləndirilməsi daxildir.
ÜST rəhbəri dünyanın zəngin ölkələrini həmrəylik göstərməyə və peyvəndlə təminatda yoxsul ölkələri dəstəkləməyə çağırıb. Qeyd edilib ki, bəzi zəngin ölkələrdə əhali arasında hər dörd nəfərdən biri artıq peyvənd olunduğu halda, yoxsul ölkələrdə hər 500 nəfərdən biri bu imkandan yararlana bilib.
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR