Putinin 8 avqust yaddaşı, yaxud bir güllə ilə vurulan üç hədəf
Bizi izləyin

Dünya

Putinin 8 avqust yaddaşı, yaxud bir güllə ilə vurulan üç hədəf

“Ukrayna böhranı fonunda postsovet məkanındakı münaqişələrdən biri özünü xatırlatdı. Keçən həftə erməni və Azərbaycan hərbçiləri arasında toqquşmalar oldu”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər beynəlxalq fransız radiosunun siyasi müşahidəçisi Yelena Qabrielyanın “Ukrayna həqiqəti nəşrində dərc etdirdiyi yazısında yer alıb.

“Yazı “Parisin əvəzinə Soçi və ya Cənubi Qafqazda yeni müharibə?” adlanır.

Siyasi müşahidəçi xatırladır ki. Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı təklifi 11-13 may tarixlərində Cənubi Qafqaza etdiyi səfərində etmişdi. “Fransua Ollandın təklifi atəşkəs müqaviləsinin iyirminci ilinə təsadüf edirdi. Fransa prezidenti müraciətində bildirdi ki, bu demarş kiməsə qarşı yönəlməyib. Daha sonra isə BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək toplantısında Əliyev və Sarkisyanın mümkün görüşü gündəmə gəldi. Amma iyulun sonunda təmas xəttində vəziyyətin kəskinləşməsindən sonra Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov bildirdi ki, Rusiya prezidenti Soçidə iki dövlətin başçıları ilə ayrı-ayrılıqda görüşəcəklər. Mümkündür ki, üçtərəfli görüş olsun”, - Y.Qabrielyan deyib.

Onun sözlərinə görə, Vladimir Putin yaranmış gərgin vəziyyətdən istifadə edərək bir güllə ilə bir neçə dovşanı vurmaq istəyib: “Birincisi, Qərbə bildirir ki, onu qəbul etmək laızmdır. İkincisi, ayrı-ayrılıqda hər kəslə müəyyən strateji məsələlər barəsində razılığa gəlmək mümkündür. Üçüncüsü, Gürcüstan dərs verir ki, “ev”in sahibi kimdir. Axı görüşün tarixi təsadüfən 8-9 avqust seçilməyib”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm