Dünya
Venesuela prezidentindən fələstinli uşaqlara dəstək
Qəzza zolağında aviazərbələrə məruz qalan fələstinlilərə nəinki
regiondan, həm də okeanın o tayından da dəstək gəlib.
ANS PRESS-in məlumatına görə, Venesuelada fələstinli uşaqlar üçün
oyuncaq aksiyasına başlanılıb. Paytaxt Karakasda fələstinli uşaqlar
üçün əllə oyuncaqlar hazırlanmasına yüzlərlə sakin qoşulub.
Oyuncaqların bir hissəsi Qəzza zolağındakı fələstinli uşaqlara
göndəriləcək, bir hissəsi isə Karakasa gələcək fələstinli uşaqlar
üçün saxlanacaq.
Aksiya Venesuela prezidenti Nikolas Maduronun təşəbbüsü ilə
keçirilir. Maduro ötən həftə Qəzza zolağında yaralanan və ya yetim
qalan fələstinli uşaqlar üçün Karakasda «sığınacaq evləri»nin
yaradılacağını bəyan edib.
Fələstini bir dövlət kimi tanıyan Venesuela fələstinlilərə qarşı
daha əvvəlki əməliyyatlar zamanı İsraillə əlaqələrinə son
qoymuşdu.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR