Dünya
Pan Gi Mundan Ərdoğana tərif
BMT baş katibi Pan Gi Mun avqustun 10-da Türkiyədə
keçirilən prezident seçkisini qazanan Rəcəb Tayyib Ərdoğana təbrik
məktubu ünvanlayıb.
ANS PRESS-in məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının
(BMT) baş katibi Pan Gi Mun yazdığı məktubda Türkiyə xalqının
səsvermə yolu ilə prezident seçməsini tarixi bir hadisə və
təqdirəlayiq bir hal kimi qiymətləndirib.
BMT Baş katibi sözçüsünün müavini Farhan Haq verdiyi açıqlamada,
Pan Gi Munun Ərdoğana göndərdiyi məktubda Türkiyədəki seçkini
təriflədiyini bildirib.
Haq həmçinin onu qeyd edib ki, BMT baş katibinin ölkəsində ilk dəfə
xalq səsverməsi yolu ilə prezident seçilən Rəcəb Tayyib Ərdoğana
yazdığı fərəhləndirici təbrik məktubu tez bir zamanda ona
göndəriləcək.
Qeyd edək ki, Türkiyə Ali Seçki Komissiyasının (YSK) açıladığı son
məlumata əsasən, seçicilərin 51,79 faizi Rəcəb Tayyib Ərdoğana səs
verib. Prezidentliyə digər namizədlər - Ekmələddin İhsanoğlu 38,44,
Selahattin Demirtaş isə 9,76 faiz səs toplayıblar.
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib, hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO