Dənizin ortasında "CƏHƏNNƏMİN GÖZÜ": Qorxu filmləri gerçək oldu - VİDEO
Bizi izləyin

Dünya

Dənizin ortasında "CƏHƏNNƏMİN GÖZÜ": Qorxu filmləri gerçək oldu - VİDEO

Meksika Körfəzində "Pemex"in (Petroleos Mexicanos) neft şirkətinə məxsus sualtı boru xəttində güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, dənizin 78 metr dərinliyində baş verən partlayışdan sonra güclü yanğın başlayıb və suyun üzünü alov bürüyüb.

Yanğını söndürən təhlükəsizlik qüvvələri tərəfindən lentə alınan videogörüntülər sosial mediada sürətlə yayılıb.

Vulkan partlayışına bənzəyən qorxunc olaya sosial media istifadəçiləri tərəfindən "cəhənnəmin gözü" adı verilib. Onlar sanki qorxu filmi izlədiklərini vurğulayıblar.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm