Dünya
Dövlət Baxçalının partiyası Culianna Mura qəzəblənib - FOTOLAR - VİDEO
Türkiyə parlamenytinin iclasında gecənin geç saatlarına qədər sürən qanun lasyihəsinin müzakirələrində MHP-nin sədr müavini Ruhsar Dəmirəldən maraqlı bir irad səslənib.
Dəmirəl, Türkiyənin təqdimatında bu il Hollivud ulduzu Culianna Murun iştirak etməsinə və Mədəniyyət və Turizm Nazirliyinin təqdimat strategiyasına sərt reaksiya verib.
Publika.Az türk mediasına istinadən xəbər veri ki, Dəmirəl, tənqidlərini iclasda iştirak edən Ailə və İctimai Siyasətlər naziri Ayşenur İslama yönəldərək "Bu cür adlarla, bu cür qadınların bədəni üzərindən Türkiyəni tanıtmaq sizə nə qədər ağlabatan gəlir? Bir qadın olaraq, Türkiyə təqdimatında bir Hollivud ulduzuna ovuc dolusu pullar verilib, Türkiyəni sanki 19-unçu əsrdə tanıdırmışıq kimi belə bir fiqur üzərindən tanıtmağı necə baxırrsınız?" deyə soruşdu.
Onun "Ailə naziri kimi uşaq gəlinlər mövzusundakı məsumanə düşüncənizi artıq dünya bilir, tarixə keçdiniz bu fikirinizlə" sözləri də mübahisə yaradıb . Nazir Ayşenur İslamın cavabı belə oldu: "Uşaq gəlinlərin məsum olduğunu söylədiyim iddiası var. Bu, tmamən yalandır. Söylədiyim budur: erkən evliliklər Türkiyə qanunlarına görə cinayətdir .' Başqa bir cümlə də: ‘Uşaqlarını erkən ərə verən anaların bir çoxu özləri də erkən ailə qurduqları üçün etdikləri şeyin cinayət olduğunun fərqində deyillər, bunu məsum bir ənənə zənn edirlər.'"
Xatırladaq ki,Dövlər Baxçalının rəhbərlik etdiyi MHP millətçi mühafizkar siya partiya olub, aprlamentdə üçüncü böyük fraksiyaya malikdir.
İsmayıl
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...