Dünya
Erməni politoloq: “Putinin “qanlı lakeyi” sifariş gözləyir”
“Kreml Ermənistan hakimiyyətinə tapşıracaq ki, “çürüyən Qərbə” qarşı Rusiyanı dəstəkləsin”.
Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Ermənistan prezidenti Serj Sərkisyanın Moskva qarşısında yaltaq siyasətini şərh edən erməni politoloq Qraçya Qalustyan deyib.
Onun sözlərinə görə, iyulun 14-də Rusiya Federasiyası hökuməti bəzi
xarici ölkələrin istehsalı olan avtomobillərin dövlət və
bələdiyyələr tərəfindən alınmasına qadağa qoyub: “Qərbin
sanksiyalarına cavab olaraq Rusiyada Avropa və ABŞ istehsalı olan
avtomobillərin alınmasını qadağan etdilər. Beləliklə, Rusiyada
lokallaşdırılmış avtomobil modelləri qadağa altına düşə bilər.
Bunun nəticəsində Rusiya məmurları Koreya, Çin və Rusiya istehsalı
olan avtomobillərə üstünlük verəcək. Bu, şəxsi arzu ilə deyil,
məcburi şəkildə olacaq. Çünki sifariş “yuxarıdan” gəlib, Rusiyada
heç kəs buna müqavimət göstərməyi bacarmır”.
Politoloq bu prosesin fonunda Ermənistan üçün narahatlığını dilə gətirir. Qeyd edir ki, Rusiya məmurları kimi, Ermənistan prezidenti də Putinin istəklərinə qarşı dura bilmir.
“Əgər Kremldən sifariş gəlsə ki, Ermənistan da “çürüyən Qərbə”
qarşı eyni addımları atsın, o zaman nə baş verəcək? Varlılar,
deputatlar, eləcə də oliqarxlar, hətta Serj Sərkisyanın özü üçün
narahat olmamaq mümkün deyil. Sərkisyan Nazarbayev, yaxud Lukaşenko
deyil. O, heç vaxt Putinin arzularına qarşı çıxmağa cürət etməz.
Xatırlatmaq lazımdır ki, Belarus və Qazaxıstan Ukrayna mallarının
alınması ilə bağlı Rusiyanın mövqeyini dəstəkləmədilər”, - deyə o
bildirib.
Erməni politoloq Sərkisyanın Putin üçün “lakey” olduğunu bildirib:
“Ermənistan Rusiyanın müttəfiqi səviyyəsində deyil. Sadəcə
olaraq, lakeydir. Sərkisyan “qanlı lakey” kimi Putinin əmrlərini
gözləyir”.
Asif
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə