Əfqanıstan ordusundan "Taliban"a AĞIR ZƏRBƏ
Bizi izləyin

Dünya

Əfqanıstan ordusundan "Taliban"a AĞIR ZƏRBƏ

Əfqanıstan təhlükəsizlik qüvvələrinin "Taliban" tərəfindən nəzarətə götürülən əraziləri geri almaq üçün başlatdıqları əməliyyatlar davam edir.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Əməliyyat nəticəsində Bəlx vilayətinin Kelder qəsəbəsi "Taliban"dan geri alınıb. Qarşıdurmalarda 20 taliban silahlısı öldürülüb, onlarla taliban üzvü yaralanıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Əfqanıstanda sülh prosesi qeyri-müəyyən olaraq qalsa da, təhlükəsizlik qüvvələri ilə "Taliban" arasında şiddətli qarşıdurmalar davam edir.

"Taliban" iyun ayının son həftəsində başlatdığı hücumlar nəticəsində Özbəkistan və Tacikistan sərhədindəki bütün qəsəbələrə nəzarəti ələ keçirib.

Özbəkistana uzanan və əhəmiyyətli ticarət yolu hesab edilən Hayratan Sərhəd Qapısını iki istiqamətdən mühasirəyə salaraq cənub-qərbdəki Qaznə vilayətinə irəliləyib.

8 iyulda isə ölkənin İran sərhədindəki İslam qala və 14 iyulda Pakistan sərhədindəki Spin Boldak sərhəd qapılarına nəzarəti ələ keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm