Dünya
İsrailə qarşı kütləvi etiraz aksiyası
Qəzzada 72 saatlıq atəşkəs davam etdiyi bir vaxtda,
minlərlə insan Xan Yunis rayonunun küçələrində İsrailə qarşı
kütləvi etiraz aksiyası keçirib.
ANS TV-nin məlumatına görə, fələstinlilər bir araya gəlməklə bu
qədər dağıntı və itkilərə baxmayaraq müqavimət göstərilməsini tələb
edirlər. İndiyədək 2000-dək fələstinlinli öldürülüb. İsrail tərəfi
isə 67 nəfər itki verib.
Misirin paytaxtı Qahirədə İsrail nümayəndələri ilə Fələstinin
“Həmas” qruplaşmasının nümayəndələri arasında danışıqlar davam
etdirilir. Görüş Qəzza zolağında artıq bir aydan çoxdur davam edən
münaqişənin uzunmüddətli həll yolunun tapılmasına istiqamətlənib.
Danışıqların gərgin keçdiyi deyilir.
“Həmas” İsraildən Qəzza zolağının 2006-cı ildən bəri davam edən
blokadadan çıxarılmasını tələb edir. İsrail isə “Həmas”
qruplaşmasının tərkisilah olunmasından israrlıdır.
Qahirədə analoji görüş ötən həftənin cümə günü uğursuzluqla
nəticələnmişdi. Buna “Həmas” döyüşçüləri İsrailə raket zərbələrini
davam etdirməsi səbəb olmuşdu. Qəzza zolağında tərəflər arasında
72-saatlıq humanitar atəşkəs isə bu gün yerli vaxtla gecə saat
12:00-da başa çatacaq.
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı