Pakistandan ÜZÜCÜ XƏBƏR: 2 polis öldü, çox sayda yaralı var
Bizi izləyin

Dünya

Pakistandan ÜZÜCÜ XƏBƏR: 2 polis öldü, çox sayda yaralı var

Pakistanın Kvetta şəhərində partlayış törədilib.

Publika.az "Haberler"e istinadla xəbər verir ki, hadisə şəhərdə yerləşən mehmanxanalardan birinin yaxınlığında baş verib.

Məlumata görə, partlayış nəticəsində 2 polis əməkdaşı həlak olub, 8-i polis əməkdaşı olmaqla 12 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, partlayışı törədənlərin hədəfi polis əməkdaşlarının avtomobili olub. Qeyd edilir ki, partlayıcı qurğu motosikletin üzərinə yerləşdirilib və polis avtomobilinin yaxınlığında partladılıb.

Bildirilir ki, bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm