Dünya
Əfsanə komandirin oğulları "Taliban"a QARŞI: 3 bölgə geri alındı
Əfqanıstanın ilk əfsanə komandiri Əhməd Şah Məsudun oğulları - Əhməd Məsud və Yar Dostum vitse-prezidenti Əmrullah Salehlə birləşərək "Taliban"a qarşı hərəkətə keçiblər.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, onlar keçmişdə "Taliban"a qarşı müqavimət qalası hesab edilən Pencşir əyalətində bir araya gəliblər.
Qeyd edilib ki, "Taliban"la ilk qarşıdurma uğurla nəticələnib.
Bölgədən gələn son məlumatlara görə, möqavimət qrupu "taliblər"dən Bağlan bilayətinin 3 bölgəsini geri alıblar.
"Taliban"a qarşı yaradılan ittifaqın 10 min döyüşçüsü olduğu deyilir.
Etnik təməlli qüvvələrlə "Taliban" arasında baş verən ilk qarşıdurma ötən cümə günü Pencşirə qonşu olan Pervan əyalətinə bağlı Çarikar qəsəbəsində baş verib. Bölgə paytaxt Kabildən 50 km aralıda yerləşir.
Əfqanıstan ordusundan qalan silahlardan istifadə edən müqavimət qrupu ABŞ-ın ölkədən çəkilməsindən sonra ilk dəfə "taliblər"i məğlub edib.
Qarşıdurma zamanı 100-dən çox "Taliban" silahlısının məhv edildiyi vurğulanır.
Hüseyn
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
































.jpg)

.jpg)