Dünya
Suriyaya gedənlər həbs olunacaq
Səudiyyə Ərəbistanında yeni qanunun icrası həyata
keçirilib.
ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanında kralın əmri
ilə ölkə xaricində döyüşməyə getdikləri üçün 11 nəfərə 4-18 il
arası həbs cəzası verilib. Bu barədə Səudiyyənin rəsmi xəbər
agentliyi “SPA” xəbər yayıb.
Kralın əmrlərinə qarşı çıxaraq müharibə fitnəsi olan ölkələrə
getmək, “Əl-Qaidə”yə qatılaraq müxtəlif düşərgələrdə silah istifadə
etməyi öyrənmək, partladıcı vasitələr haqqında müəyyən biliklər
əldə etmək, sui-qəsd məqsədilə özünü öldürmək və insanları
aldadaraq qarşıdurmaların baş verdiyi qaynar nöqtələrə aparmaq kimi
hərəkətlər ölkə hökuməti tərəfindən cəzasız qalmır.
Qeyd edək ki, Suriyada qarşıdurmalarda iştirak edən Səudiyyə
vətəndaşlarının ölkələrinə qayıtdıqdan sonra təhlükə mənbəyi
olacağı düşünüldüyü üçün Ər-Riyad administrasiyası fevral ayında bu
məqsədlə xarici ölkəyə qaçan və terror təşkilatları ilə əlaqə quran
şəxslərə 20 ilə qədər həbs cəzası verilməsi barədə qanun qəbul
edib.
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal3 May 19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat3 May 19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI