Dünya
"Taliban" vədinə SADİQ QALDI: onların cəzalandırılması üçün ƏMR VERİLDİ
Radikal "Taliban" hərəkatı Əfqanıstanda havaya atəş açmağı qadağan edib.
Publika.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Zabihullah Mücahid məlumat verib.
Müvafiq əmrin mətni onun "Twitter" hesabında dərc edilib və yerli idarələrə və hərbçilərə ünvanlanıb.
"Kabildə və ölkənin digər şəhərlərində havaya atəş açmaq insanların ölümünə və yaralanmasına səbəb olur. Eyni zamanda mülki əhali arasında qorxu yaradır!" mətndə qeyd edilib.
Bildirilib ki, Pəncşir əyalətinin nəzarətə götürülməsi ilə bağlı məlumatın alınmasından sonra "Taliban" silahlıları tərəfindən havaya atəş açılması nəticəsində 70-dən çox adam ölüb və ya yaralanıb. Sözügedən qərar da məhz bu xəbərdən sonra elan edilib.
Əmrə əsasən, orduya havaya atəş açanları həbs etmək və tərksilah etmək əmri verilir. Polis və kəşfiyyat məmurlarına cinayətkarların müəyyən edilməsi və cəzalandırılması üçün dərhal tədbirlər görmələri ilə bağlı əmr edilib. Sanksiyalar əmri pozan "Taliban" üzvlərinə qarşı tətbiq edilir.
Qeyd edilib ki, bir gün əvvəl, "Taliban" hərəkatı havaya atəş açan silahlıları cəzalandıracağına söz verib. Bildirilib ki, şəhərlərdə havaya atəş açanların silahları əlindən alınaraq ədalətə təslim ediləcəklər.
Hüseyn
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video












.jpg)










.jpg)













