Dünya
Rusiyadan 2-ci nota (FOTO)
Kiyevdə Rusiyanın səfirliyi Ukraynanın Xarici İşlər
Nazirliyinə “Rossiya Segodnya” agentliyinin foto-müxbiri Andrey
Steninin yoxa çıxması ilə bağlı ikinci dəfə nota
göndərib.
Publika.az-ın məlumatına görə, bu barədə "RİA Novosti" xəbər
agentliyi məlumat verib.
Bundan başqa, Rusiya səfirliyi "Ukrayna təhlükəsizlik xidmətləri
tərəfindən" jurnalistinin mümkün tutulması haqqında Anton
Qeraşenkonun Ukraynanın Daxili İşlər Nazirliyinin məsləhətçisinin
sözlərini şərh etməyi xahiş edib.
Qeyd edək ki, Qeraşenko jurnalistin Ukrayna təhlükəsizlik xidməti
əməkdaşları tərəfindən saxlanılması ehtimalını vurğulamışdı.
Rusiyalı diplomat bildirib ki, rəsmi Kiyev səfirliyin birinci
notasına hələ cavab verməyib.
Xatırladaq ki, Steninlə avqustun 5-dən əlaqə saxlamaq mümkün
deyil.
Daha əvvəl Steninin Ukrayna təhlükəsizlik xidmətləri tərəfindən
tutulması haqda informasiya meydana çıxıb. İlkin məlumatlara görə,
onun hətta Zaporojyedə təhlükəsizlik xidmətinin idarəsində olduğu
iddia edilirdi. Ancaq Zaporojye idarəsi iddia edir ki, onların
regionunda ümumiyyətlə Rusiya mediasının hər hansı saxlanmış
nümayəndəsi yoxdur.
Andrey Stenin
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc
-
Magazin118:24
"Təranə Qumral kukla kimidir, amma..." - Əli Mirəliyevdən gözlənilməz REAKSİYA