Dünya
Avropa İraq kürdlərini silahlandırır
Avropa Birliyi ölkələri İŞİD-in təhdidi altında yaşayan
İraq kürdlərini silahlandıracaq.
Publika.az-ın məlumatına görə, Avropa İttifaqı ölkələrinin xarici
siyasət idarələrinin rəhbərlərinin bu gün Brusseldə keçirilən
iclasında Şimali İraqda yaşayan kürdlərin silahlandırılması
istiqamətində razılıq əldə edilib.
Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond İraqda baş
verən hadisələrdən narahat olduğunu və ölkəsinin kürdləri
silahlandırılması tələbini qiymətləndirəcəyi barədə açıqlama
verib.
İŞİD-in İraq üçün böyük təhlükə olduğunu bildirən Britaniya rəsmisi
İraqda formalaşdırılan yeni hökümətin bütün qrupların maraqları
əsasında fəaliyyət göstərməsinin vacib olduğunu bildirib.
Bu arada məlum oldub ki, Fransa İraqa göndərəcəyi humanitar
yardımın həcmini artıracağını açıqlayıb.
Fransa prezidenti Fransua Ollandın iraqlı həmkarı Fuad Masum
arasında telefon danışığı olub. Fransa prezidenti danışıq zamanı
bölgədə İŞİD-ə qarşı vuruşan kürdlərə humanitar yardımın
artırılacağını bildirib.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı