Dünya
Rusiyanın "yardım" istəyi baş tutmayıb
Rusiyanın Ukraynanın şərq hissəsində döyüşlərdən əziyyət çəkən
insanlara humnitar yardım çatdırmaq istəyi hələ ki, baş
tutmayıb.
Publika.az-ın məlumatına görə, artıq yardım konvoyu Ukrayna
sərhədlərinə çatıb. Lakin Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti konvoyun
hərbi texnikanın müşahidəsi altında hərəkətinə qarşı çıxıb.
Təşkilatın missiya üzrə rəhbəri Loran Korbaz bildirib ki, Qırmızı
Xaç Cəmiyyəti, əsasən, missiyanın təhlükəsiz şəraitdə baş tutmasına
diqqət yetirir.
Rəsmi Kiyev Rusiyanın humanitar yardım pərdəsi altında ölkənin
şərqində hökumətə qarşı döyüşən separatçıları silahlandırmaq
niyyətində olduğunu iddia edir. Məlumata görə, Ukrayna sərhədçiləri
və Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri hazırda sərhəddə gözləyən
avtomobillərdə yoxlama işləri aparıb.
Rusiya hökuməti konvoyda taxıl, şəkər, tibbi ləvazimatlar, dərman
perparatları olduğunu məruzə edib.
Eyni zamanda, rəsmi Kiyevdə Luqanskda döyüşlərdən əziyyət çəkən
insanları humnitar yardımla təmin edib. Ərzaqla dolu yük
avtomobilləri Severodonetsk şəhərində boşaldılıb.
Bir qədər əvvəl Ukrayna müdafiə nazirliyi Rusiyaya məxsus hərbi
texnikanın zərərsizləşdirildiyini bildirmişdi. Məlumata görə, rus
artilleriyası sərhədi pozaraq Ukrayna ərazisinə daxil olduğu üçün
hərbi müdaxiləyə məruz qalıb. Ölkə prezidenti Pyotr Poroşenko da
faktı təsdiqləyib. Lakin Rusiya bu iddiaları “Kiyevin Təxəyyülü”
adlandırıb. Hökumət bildirib ki, əgər hər hansı bir hərbi texnika
zərərsizləşdirilibsə, ən azından, onun qalıqları nümayiş
etdirilməlidir.
Birləşmiş Millətlər Təşkilatı da hələlik iddialarla bağlı heç bir
məruzə verməyib. Və tərəfləri gərginliyi yatırmağa çağırıb.
Əgər faktın gerçək olduğu üzə çıxarsa, bu, Ukrayna ilə Rusiya
arasında gərginliyin daha da artmasına səbəb ola bilər.
Donetskdə isə, ötən gün də döyüşlər olub. Hərbi qüvvələr Uqleqorsk
şəhərində separatçılara qarşı mövqe döyüşləri aparıblar. Məlumata
görə, döyüşlər zamanı separatçılar zərərsizləşdiriliblər. Nəticədə
Uqleqorsk şəhərində nəzarət bərpa olunub.
Associated Press
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO