Misirdə matəm elan edildi - FOTO
Bizi izləyin

Dünya

Misirdə matəm elan edildi - FOTO

Misir prezidenti Əbdülfəttah əl-Sisi feldmarşal Məhəmməd Hüseyn Tantavinin vəfatı ilə əlaqədar ölkədə matəm elan edib.

Publika.az xəbər verir ki, bu barədə Misirin “Əl Əhram” qəzeti məlumat yayıb.

Misir prezidenti 85 yaşlı feldmarşal Tantavinin vəfatını ölkə üçün böyük itki adlandırıb. O qeyd edib ki, məşhur hərbçi ölkənin ən ağır günlərində öz müdrikliyi ilə milli birliyi qoruyub saxlaya bilib.

Misir Silahlı Qüvvələri Ali Şurasının sədri və müdafiə naziri olmuş feldmarşal Tantavi 2011-ci ildə mərhum prezident Hüsnü Mübarəkin hakimiyyətinin devrilməsindən sonra bir il müddətinə dövlətə rəhbərlik edib. O, 2012-ci ildə keçirilən parlament seçkilərindən sonra istefa verib. Feldmarşal Tantavinin dəfni ilə əlaqədar hökumət komissiyası yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm