Dünya
Jirinovskidən təzə xəbər ...
Vladimir Jirinovski Murmansk şəhər şurasına
namizədliyini irəli sürüb.
Publika.az-ın "RİA Novosti"yə istinadən məlumatına görə, artıq
Murmansk ərazi seçki komissiyası deputatlığa namizədlərin
qeydiyyatının bitdiyini açıqalayıb. Mübarizəyə 117 ikili mandat və
partiya siyahıları üzrə 126 namizəd daxil olacaq. Qeyd edilmiş
namizədlər arasında Rusiyanın Liberal Demokrat Partiyasının lideri
Vladimir Jirinovski də yer alıb.
Liberal Demokratik Partiyasının nümayəndəsi Maksim Belov məsələ ilə
bağlı açıqlama verib. O bildirib ki, partiyanın lideri regiona
nümayiş etdirmək istəyir ki, Murmansk bizim partiyamız üçün
əhəmiyyətlidir:
"Yaxın vaxtlarda biz dövlət dumasının bir neçə deputatını
gözləyirik. Onlar Rusiyanın Liberal Demokrat Partiyasından olan
namizədlərə öz xeyir-duasını verməyə gələcəklər", - deyə o
bildirib.
Belov həmçinin qeyd edib ki, Murmansk şəhər dumasına seçkilərdə
qələbə qazanacağı təqdirdə Vladimir Jirinovski çətin ki, dövlət
dumasındakı öz yerini tərk edəcək. Bu addım sadəcə olaraq partiya
üzvlərini dəstəkləmək arzusu ilə atılıb.
Qeyd edək ki, seçkidə cəmi 9 partiya qeydə alınıb. Murmanskda
seçkilər 14 sentyabrda keçiriləcək.
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar?
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi