Dünya
Kılıcdaroğlunun taleyinə bu tarixdə aydınlıq gələcək
Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CXP) qurultayının
keçiriləcəyi vaxt bəlli oldu.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə,
partiyanın Mərkəzi İdarə Heyəti (MYK) növbədənkənar qurultayın 5-6
sentyabr tarixlərində keçirilməsi barədə qərar verib.
CXP qurultayını Ankara Ticarət Odası salonunda keçirəcək.
CXP sədri Kamal Kılıcdaroğlu partiya rəsmilərinin etdiyi qurultay
çağırışlarına müsbət cavab vermiş və “narahat olmasınlar, qurultayı
keçirəcəyəm” söyləmişdi. Qurultayda partiyanın nizamnaməsi də
dəyişdiriləcək.
Qeyd edək ki, CXP-də növbədənkənar qurultayın keçirilməsi barədə
çağırışlar müxalifətin vahid namizədi olan Ekmeləddin İhsanoğlunun
baş nazir Rəcəb Tayyıb Ərdoğana məğlub olmasından sonra səslənməyə
başlamışdı.
Ömər Dağlı
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi