Dünya
Yeni təhlükəli virus yayılıb
“ESET” şirkətinin ekspertləri “Android”
üçün Rusiyadan gələn yeni təhlükə aşkar ediblər. Belə ki,
“Spy.Krysanec” bekdoru Rusiyanın sosial şəbəkələri və fayl mübadilə
meydançaları üzərindən yayılır və özünü “ESET” proqram təminatı
kimi qələmə verir.
Publika.az-ın “ICTnews”a istinadən verdiyi
məlumata görə, “Android/Spy.Krysanec” virusa yoluxmuş qurğudan
fərdi məlumatların toplanması üzrə ixtisaslaşır. O, məsafədən
idarəedici server ilə işləyə, həmçinin digər modulları yükləyə
bilər.
Yeni təhdid legitim proqramlar kimi
yayılır.
“Spy.Krysanec” virusu yoluxduqdan sonra serverdən
qurğunun kamerası ilə çəkiliş, qurğunun mikrofonundan səsin
yazılması, cari “GPS” koordinatların müəyyən edilməsi, tətbiq
edilmiş əlavə proqramların siyahısının, brauzerdə açılmış
səhifələrin siyahısının əldə edilməsinə müvəffəq olur, əlaqələr
siyahısına və SMS-məlumatlara çıxış imkanı əldə
edir.
“Spy.Krysanec”in bəzi nümunələri domeni
“no-ip.com” provayderinə məxsus olan, məsafəli serverə çıxışdan
istifadə edirlər.
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı
-
Qoroskop18:32
Yaxın günlərdə şad xəbər alacaq 3 bürc