Dünya
Ceki Çanın oğlu nəşəxor çıxdı, həbs olundu - VİDEO - FOTO
Dünyaca məşhur çinli aktyor Ceki Çanın oğlu, musiqiçi və kinoaktyor Ceysi Çan dünən Pekin hava limanında həbs olunub. O, dostu, tayvanlı teleserial ulduzu Kay Ko ilə birlikdə tutulub.
Milli.Az South China Morning Post-a istinadən bildirir ki,
polisdən verilən məlumata görə, bu şəxslərdə 0,9 qram marixuana
tapılıb.
31 yaşlı Çan və 23 yaşlı Ko Çində son iki ildə nəşəxorluqda və
narkotik maddələr satmaqda suçlanan məşhurların övladlarının
siyahısında xüsusi yer tuturlar.
AsiaOne bildirir ki, son 2 ildə Çində şou-biznes mənsublarından
40 nəfər narkotik maddələrlə tutulub. Onların arasında Çin
kinematoqrafiyasının canlı əfsanəsi sayılan 40 yaşlı Qao
Hu da var.
Ceysi Çan ABŞ-ın Los-Anceles şəhərində rəqs və aktyor məharəti
kurslarında oxuyub, habelə klassik gitarada ifanı öyrənib. 2004-cü
ildə ilk albomunu satışa çıxaran Ceysi Çan 6 il sonra daha bir CD
albomu təqdim etmişdi.
Ceki Çanın oğlu bir neçə kinofilmə çəkilib, "Kunqfu Panda"
animasiya filminin səsləndirilməsində iştirak edib.
-
Sosial22:36
Dağın ətəyində tikilən “ayı mağarası” marağa səbəb oldu - VİDEO
-
Ekologiya21:48
Dəmlənmiş çay yarpaqlarının elə bir faydası üzə çıxdı ki...
-
Magazin121:36
Xalq artistii: “Maaşımızın yarısı gedir” - VİDEO
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA