İraqın Baş nazirinə qarşı sui-qəsd cəhdi: çox sayda yaralı var
Bizi izləyin

Dünya

İraqın Baş nazirinə qarşı sui-qəsd cəhdi: çox sayda yaralı var

Bazar günü gecə Bağdadda minalanmış pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İraqın baş naziri Mustafa Əl-Kaziminin həyatına sui-qəsd cəhdi olub.

Publika.az xəbər verir ki, bu barədə "Al Hadath" Tv məlumat yayıb.

Hadisədən sonra açıqlama verən hökumət başçısı xəsarət almadığını bildirib.

"Allaha şükür, xalqımın arasında yaxşıyam və İraq adına hamını sakitliyə, təmkinli olmağa çağırıram. Xəyanətkar raketlər xalqın təhlükəsizliyinin qorunmasında qəhrəman təhlükəsizlik qüvvələrimizin dözümlülüyünü və mətanətini bir zərrə qədər sarsıtmayaca", - Mustafa Əl-Kazımi sosial şəbəkədə yazıb.

Telekanalın məlumatına görə, baş nazirin təhlükəsizlik xidmətinin 10 əməkdaşı yaralanıb. Bundan başqa, hökumət başçısının iqamətgahına da maddi ziyan dəyib.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm