Dünya
Tənqidə görə 75 şallaq
İranda 2 fotoqraf yerli rəsminin illüstrasiyalı kitabını
tənqid etdikdən sonra birlikdə 75 şallaq cəzasına məhkum
olunublar.
Publika.az-;n məlumatına görə, bu haqda "Guardian" qəzeti
yazıb.
Hər iki fotoqraf Qəzvindəndir. Onları məhkəməyə yerli mədəni irs
təşkilatının rəhbəri Mohammad Ali Hazrati verib. O, “Qəzvin, ötən
vaxtların torpağı” adlı kitab haqda bu iki fotoqrafın internetdə
yazdığı mənfi fikirləri təhqir sayıb.
Xalil İmami və və Abbas Alipour adlı fotoqraflar kitabı buraxan
rəsmiləri tənqid ediblər ki, ictimai pulları incəsənət baxımından
aşağı səviyyəli kitablar buraxmağa sərf edirlər. Kitabı Qəzvin
bələdiyyəsi buraxıb və pulsuz paylanır.
Fotoqraf İmami yazıb ki, 216 səhifəlik kitab bahalı cilddə
buraxılıb, kitabda 230 foto var, bunların da çoxunun ya çəkiləndə
işığı pis olub, ya yaxşı çərçivəyə alınmayıb.
İranda fotoqraflara şallaq cəzası 2012-ci ildə karikaturaçı Mahmud
Şokrayeyə 25 şallaq cəzası verilməsini xatırladıb. O vaxt
karikaturaçı parlament deputatının şərəf və ləyaqətini təhqir
etməkdə günahkar bilinmişdi. Ancaq bu, cəmiyyətdə böyük hay-küy
yaradandan sonra həmin deputat şikayətini geri götürmüşdü.
Azadlıq Radiosu
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO