Dünya
Rusiya ərzaq embarqosunu dəyişdi
Rusiya Qərbin sanskiyalarına cavab olaraq tətbiq etdiyi
ərzaq və meyvə-tərəvəz embarqosunu qismən qaldırıb.
ANS PRESS-in məlumatına görə, laktozasız süd və digər süd
məhsulları, həmçinin əkin üçün bir sıra meyvə-tərəvəz növləri
Rusiyaya idxalı qadağan edilmiş məhsulların qara siyahısından
çıxarılıb.
Bu barədə Rusiya hökümətinin elan etdiyi qətnamədə deyilir. Habelə
idxalı sanksiyalaşdırılmış məhsulların siyahısına qızılbalıq, farel
istisna olmaqla bütün diri balıq növləri əlavə olunub.
Xatırladaq ki, avqustun 7-də Rusiya Ukraynadakı hadisələrlə
əlaqədar ABŞ və Avropa Birliyinin sanksiyalarına cavab olaraq,
Qərbdən mal əti, donuz əti, quş əti, gündəlik məhsullar,
meyvə-tərəvəz, süd məhsullarının ölkə ərazisinə daxil edilməsinə
qadağa qoyub.
Bir neçə gün əvvəl, Rusiyanın bir sıra xeyriyyə təşkilatları
ölkənin nazirlər kabinetinə müraciət edərək, ağır xəstələr
qidalanmasına vacib olan məhsulların ölkəyə idxalına icazə
verilməsini xahiş etmişdi.
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?