Dünya
Rusiyanın humanitar yükləri Ukraynaya buraxılmır – İki səbəb
Rusiyanın humanitar karvanı indiyə qədər bu ölkənin
ərazisindədir. Publika.az-ın unian.net saytına istinadən verdiyi
məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə
Şurasının mətbuat katibi Andrey Lısenko bildirib.
O, Kiyevdə keçirdiyi brifinqdə bildirib ki, humanitar yüklərin
indiyə kimi Rostov vilayətində qalmasının iki səbəbi var:
“Birincisi, Ukrayna sərhəd və gömrük xidmətləri yüklərin
rəsmiləşdirilməsi və buraxılışına icazənin verilməsi üçün sənədləri
almayıb. İkincisi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzvləri
humanitar karvanın hərəkətinin təhlükəsizliyi üçün zəmanət almayıb.
Humanitar yüklər mütləq isə Luqansk vilayətinə getməlidir”.
Ukrayna hakimiyyəti, həmçinin qərb ölkələrinin liderləri
humanitar yardım bəhanəsi ilə Rusiyanın müdaxiləsini istisna
etmirlər.
Ömər Dağlı
-
Nida Xəbər 17:17
Sən nəyə lazımsan? - Ərdoğan BMT-ni ÖLÜ ADLANDIRDI
-
Sosial16:41
Zakir Həsənov dövlət qurumunu məhkəməyə verdi
-
Dünya16:06
Trampın "Moskvanı bombalayaram" hədəsinə Kremldən cavab gəldi
-
MDB15:21
Putin mesajını verdi: Məni o əvəz edəcək - Rusiya elitası çalxalandı
-
Sosial15:01
Azərbaycanlı hərbçi itkin düşdü
-
Kriminal14:16
Eyni mənzildə yaşayan iki qadınla bir kişinin macərası: "Gecə gəlsən..." - Şok
-
Köşə13:36
“Xocalıya sürünə-sürən qayıdacam” əhdini edən xanımın anasının Prezidentə dedikləri...
-
İqtisadi gündəm12:56
ABŞ-da bu sistem ləğv edilir: İnflyasiya qapıda